Gitara dərsləri

Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur.  Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir.Görünüşcə Uda oxşasada,biraz fərqlidir. Tarixi orta əsrlər hesab olunur.Taxta yaxud balqabaqdan hazırlanır.

Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir.

Gitaranın vətəni dəqiq məlum deyil. Qədim Yunanıstanda kithara kimi bilinən alət çağdaş gitaraya heç oxşamırdı. Çağdaş altısimli Avropa gitarasının və mandolinanın atası Orta Çağlarda ərəblər tərəfindən Güney Avropaya gətirilmiş ud ya da rud olub . Qeyd edək ki, rud nümunələrinin çanağı balqabaqdan hazırlanırdı, xarici görünüşü balqabağı və gitaranı xatırladır.  VII-IX əsrlərdə Ispaniyada bu alət çox məşhurlaşmışdır və bu gün də hər hansı bir ispanı gitarasız təsəvvür etmək mümkün deyil. İspaniyadan sonra gitara bütün Avropa ölkələrində – Italiya, Almaniya, Fransa, Rusiya, daha sonra isə Amerikada geniş yayılmışdır.Hal hazırda Bütün ölkələrdə demək olar ki var. 

Gitara, bir qayda olaraq, altı simin bənd olunduğu möhkəm qriffli gövdədən ibarətdir. Gitaralar ənənəvi olaraq, heyvan bağırsağı ilə qarışdırılan müxtəlif ağaclardan və neylon, və ya poladdan olan simlərdən düzəldilir. Bəzi müasir gitaralar polikarbonat materiallarından hazırlanır. Formasına görə simli kamanlı alətlərə oxşasa da simlərinin sayına və ifa üslubuna görə fərqlənir. Gitara 6 və yə 7 simli olur. Rusiyada əsasən 7 simli gitara daha geniş yayılmışdır. İspaniyada isə 6 simli gitara solo aləti kimi məşhurlaşmışdır.

Səsinə görə gitaralar iki cür olur: akustik və elektrik. Oyuq gövdəyə malik akustik gitaralar (və buna oxşar alətlər) min ildən çoxdur ki, istifadə olunur. Müasir akustik gitaranın üç əsas növü var:

  • klassik (neylon simli),
  • polad simli,
  • arktop gitara.

Gitaranın başqa bir növü isə "Havay gitarası" adlanır. Havay gitarasının tembri daha mülayim və yumşaqdır. Havayda düzəldilmiş digər gitara miniatür növü Ukulele isə 1880-ci illərdə yaranmışdır. Akustik gitaranın tonu rezonans kamerası rolunu oynayan gitaranın gövdəsi tərəfindən gücləndirilən simlərin titrəyişi/vibrasiyası ilə yaradılır. Klassik gitara adətən barmaqla simi dartma üsulunun köməyi ilə solo alət kimi çalınır.

1930-cu illərdə təqdim olunan elektrik gitaralar tonu elektronik olaraq idarə edən gücləndiriciyə əsasən ifa olunur. Gücləndirici quraşdırılmış erkən/daha əvvəlki gitaralarda oyuq gövdədən istifadə olunsa da, möhkəm gövdələr daha rahat hesab olunurdu. Elektrik gitaralar müasir mədəniyyətdə davam edən dərin təsirə malik olmuşdur. Gitaralar blyuz, bluqras, kantri, flamenko, cazz, cota, mariaçi, metal, reggi, rok, soul və popun bir çox forması kimi janrlarda əsas alət hesab olunur.


Əlaqə
+99455 411-23-63
+99470 879-20-05
+99412 431-97-43
+99412 491-60-00
+99470 809-05-19
+99455 979-05-19
Ünvan
Asif Məhərrəmov 64
Sosial şəbəkələr