© 2018 - Bütün hüquqları qorunur
Rəssamlıq—təsviri incəsənətin ən qədim növlərindən biri. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması.
Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:
Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.
Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.
Məzmun etibarilə rəssamlıq sənəti bu janrlara bölünür*
Ebru-su üzərində rəsm çəkmə sənətidir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. Ebrunun XIII əsirdə Türküstan və Səmərqənddə yarandığı güman olunur. Hal hazırda Türk ebeuzənləri tərəfindən yaşadılan ebru sənətini bizim akademiyada türk müəllimlərindən təhsil almış peşəkar müəllimlərimizlə birgə öyrənin. Gün ərzində işdəki yorğunluğunuzu, stresinizi atmaq üçün ebru əvəzolunmaz terapiyadir. Rənglərin çalarları, sakit mühit sizə ecazkar hüzur bəxş edir. Məhz buna görə də sizi dərslərimizdə iştirak etməyə dəvət edirik.
© 2018 - Bütün hüquqları qorunur