Uğurlu karyera üçün diqqət etməli olduğumuz məqamlar

Uğurlu karyera üçün diqqət etməli olduğumuz məqamlar.

Uğurlu karyera necə olmalıdır sualına cavab verməzdən əvvəl gəlin karyeranın nə olduğunu düzgün anlamağa çalışaq. Karyera- şəxsin müəyyən hədəfə çatmaq üçün əməklə özünü ifadə etmə bacarığıdır. Həyatın hər bir yönündə olduğu kimi, karyerada da müəyyən hədəflərə çatmaq, istədiklərimizi reallaşdırmaq və potensialımızı üzə çıxartmaq üçün qarşımıza müəyyən hədəflər qoymalıyıq. Bu hədəflər toplusu isə Karyera Planlamasını əmələ gətiri. Bütün bunların reallaşması üçün xatırlamamız gərəkən ən vacib amillər isə çalışma, güclü iradə və düzgün planlamadır. Əgər biz iş həyatımızda uğur qazanmaq istəyiriksə bizim güclü bir karyera planımız olmalıdır.

Düzgün karyera seçimi nədir və buna nə zaman başlamalıyıq?

Biz yanlış ixtisas seçimi ilə 4 ilimizi itirə bildiyimiz halda, yanlış karyera seçimi ilə illərimizi hətta bütün ömrümüzü sərf edə bilərik. Bu yanlışı etməmək üçün ilk növbədə düzgün ixtisas seçimi etməli və bu seçimi müəllimlərimizə, dostlarımıza və hətta valideynlərimizə belə həvalə etməməliyik.Həvəsimiz və istəyimiz hansı ixtisasadırsa, özümüzü hansı sahədə daha uğurlu görürüksə həmin ixtisası seçməli və bu seçim zamanı potensialımızın nə olduğunu da unutmamalıyıq. İxtisas seçərkən əmək bazarını düzgün araşdırmalı və seçəcəyimiz ixtisasın  hal hazırki vəyiyyətini və gələcəkdəki vəziyyətinin nə ola biləcəyini düzgün müəyyənləşdirməliyik.

Əlbəttə, ola bilsin ki, siz artıq ixtisasınızı seçmisiniz amma buna baxmayaraq gələcəkdə bu  ixtisas üzrə davam etmək istəmirsiniz. Əsas yadda saxlamalı olduğunuz bir məqam var ki karyera planlaması hər yaşda, istənilən zamanda yenidən edilə bilər. Yeter ki özünüzə inanın və seçəyiniz ixtisası gələcəkdə yorulmadan icra edəcəyinizə əmin olun. 

 

Bəs düzgün ixtisas seçimində və karyera planlamasında nələrə diqqət etməliyik?

  • İlk növbədə özünüzü düzgün tanıyın- bu amil ixtisas seçimində və düzgün karyera planlamasında ən vacib rol oynayır. “Mən nə istəyirəm?. Mənim bacarıqlarım nələrdir? Gələcək həyatımda özümü harda görürəm? İş həyatından gözləntilərim nələrdir? Hansı işi görməkdən zövq alıram?” Bu sualları özünüzə verin və səmimi şəkildə öz istəklərinizə uyğun, heç kimin gözləntilərini qarşılamadan cavablandırın. İlk zamanlarda bu sualların cavabını tapa bilməməyiniz normaldır, çünki əvvəllər bu sualı özünüzə verməmisiniz və təbii olaraq da bu haqda düşünməmisiniz. Əsas olan odur ki, verəcəyiniz qərardan və özünüzdən əmin olun.
  •         Əmək bazarını araşdırın- İlkin mərhələni tamamladınız və artıq ixtisasınızı seçdinizsə ikinci addım olaraq əmək bazarını araşdırmalısınız. İxtisasınızın əmək bazarında hansı yerdə olduğunu, bu sahəyə təlabatın nə qədər olduğunu dəqiq öyənin. Bunun ən asan yolu olaraq iş saytlarında araşdırmalar edib seçdiyiniz ixtisasa uyğun nə qədər vakansiyalar olduğunu və ortalama maaşın nə qədər olduğunu öyrənə bilərsiniz. Həmin ixtisas üçün rəqabət bazarını araşdırmaqda üçün isə siz vakansiyalarda qoyulan tələblərin nə olduğuna diqqət yetirməlisiniz. Bu sahə üçün hansı programları bilənlərə üstünlük verilir? dil bilikləri vacibdirmi? hansı dil bilikləri bu sahədə daha aktualdır ? kimi suallara cavab tapmış olacaqsınız.
  •        Fəaliyyət Planınızı Hazırlayın! – yəni təhsil, ixtisas, bacarıq, təlim, təcrübə və s. harda və necə iştirak etməyiniz lazımdırsa onu planlı şəkildə hazırlayın və lazımi ünvanlara və şəxslərə müraciət edin. Karyeranız boyu bütün bunlar sizə işıq tutacaq və çatmaq istədiyiniz zirvəyə, hədəfə və nöqtəyə bir o qədər tez çatacaqsınız. Hal-hazırda çalışdığınız ixtisasda daha da irəli getmək üçün lazımi olan bilik və bacarıqlara, texniki detalları bilməyə olan həvəs və zamanınız nə qədər çoxdursa həmin detallarda sizə bir o qədər üstünlük qazandıracaqdır. Unutmayın deyilən yaddan çıxır, amma yazılan qalır. Buna görə də özünüzə hər zaman hədəf planı tərtib edin və bunu yalnız düşüncənizdə saxlamayın yazıya tökün. Həmin planı hər gün özünüzə xatırladın.

 

 

 

 

 

 

 

 

Əlaqə
+99455 411-23-63
+99470 879-20-05
+99412 431-97-43
+99412 491-60-00
+99470 809-05-19
+99455 979-05-19
Ünvan
Asif Məhərrəmov 64
Sosial şəbəkələr