Mühasibat uçotu — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və hesabata çevirən bir elm.
Mühasibliyin ətraflı tərifi isə mühasibliyi tam mənasıyla bizə açıqlayır . Mühasibliyin ətraflı tərifi bizim etdiyimiz qısa təriflə eynidir. Yalnız biri qısa,o biri də uzun və izahlıdır . Mühasibatın Tərifi : İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan , sinifləndirən , yekunlaşdıraraq hesabat edən və nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Yəni mühasibliyə nə anlama gəldiyini , nə olduğunu , nə etməsi lazım olduğunu tərifdən çıxara bilərik. Tərifdə da qeyd edilən hər terminin də nə anlama gəldiyini bilməyimiz lazımlıdır. Mühasibat nə olduğunu öyrənmək üçün tərifdən yola çıxaraq mövzunu anlamağa çalışaq. Mühasibat, müəssisələrin aktivlərinin və qaynaqlarının meydana gəlməsini , bunların istifadə edilmə formasını , müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri , müəssisələrin maliyyə vəziyyətlərini açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir məlumat sistemi ilə bağlı anlayışdır. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrin əlaqədar deyil , qeyri-kommersiya yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə müəssisələr deyilərkən bütün təşkilatları əhatə edir. Ümumiyyətlə mühasibat sistemi qazanc məqsədi güdən müəssisələr üçün daha da əhəmiyyətlidir. Müəssisə : Müəyyən bir ticarət məqsəd üçün , bir və ya daha çox adamın bir araya gələrək , müəyyən bir sərmayə ilə qurduqları müəssisələrdir. Müəssisələr məqsədlərinə görə və quruluş şəkillərinə görə müxtəlif şəkillərə ayrılarlar. Bunlar ümumiyyətlə şəxs şirkətləri və sərmayə şirkətləri şəklindədir. Mühasibat funksiyasını yerinə yetirə bilməsi üçün müəyyən vəzifələri var. Bu vəzifələrə mühasibat funksiyaları deyilir. Mühasibat funksiyalarını qeyd etmə, təsnifat , yekunlaşdırma və hesabat olaraq dörd ana qrupda ayıra bilərik.
Mühasibat bu funksiyaları sırasıyla yerinə yetirərək müəssisələrin maliyyə əməliyyatları haqqında nəticələr çıxararaq ; həm idarəetməni , həm dövləti həm də üçüncü şəxslər məlumatlandırır.
© 2018 - Bütün hüquqları qorunur