Şahmat Kursları

Şahmat— taxta lövhə üzərində keçirilən strateji oyun növü.

Şahmat dünyanın ən qədim oyunlarından biridir.

Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir. Bəzi qaynaqlarda qeyd olu­nur ki, şahmatın atası hesab edi­lən ona bənzər ilk oyunların təx­minən 4000 il bundan əvvəl Mi­sirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin ar­vadı, firon Tutankhamunun qay­nanası kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. Senetlə şahmatın ilk bənzərliyi hər iki stolüstü oyunun iki şəxs tərəfindən oynanılmasıdır. Digər oxşarlıq hər ikisində daşların ol­masıdır, lakin unutmaq olmaz ki, daş sayında və formasında heç bir bənzərlik yoxdur. Senetdə də taxtanın səthi kvadratlardan ibarətdir, lakin kvadratların sayı 30-dur.

Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.

Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və “Çaturanga” adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinmək­dədir.


Əlaqə
+99455 411-23-63
+99470 879-20-05
+99412 431-97-43
+99412 491-60-00
+99470 809-05-19
+99455 979-05-19
Ünvan
Asif Məhərrəmov 64
Sosial şəbəkələr